UŞAQLAR EVİNDƏ NÖVBƏTİ GÖRÜŞ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin Tarix-coğrafiya və Filologiya fakültəsinin bir qrup tələbəsi növbəti  dəfə Gəncə şəhərində yerləşən Uşaqlar evində valideyn himayəsindən məhrum olan uşaqlarla görüş keçirmişdir. Müntəzəm şəkildə  bu cür görüşlərin həyata keçirilməsi məhz tələbələrin təkidli israrları nəticəsində  gözəl ənənənin formalaşmasına gətirib çıxarmışdır.

Uşaq evinin kiçik sakinləri görüş zamanı öz bacarıq və istedadlarını tələbələrə görtərmiş və birgə şənlənmiş, rəqs etmiş, bir sözlə  hər iki tərəf vaxtlarını olduqca səmərəli keçirmişdir.

Bu humanist, gözəl ənənə üçün Uşaq evinin rəhbərliyi tələbələrə kollektiv adından öz təşəkkürünü bildirmişdir.