“Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində təlim keçirilib

Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə Dövlət Universitetində “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində təlim keçirilib.

Tədbiri açan layihənin rəhbəri Samir Pənəliyev bildirib ki, layihənin əsas məqsədi Bakı, Sumqayıt, Gəncə şəhəri və İsmayıllı rayonunda yaşayan 14-17 yaşlı yeniyetmələri və 18-29 yaşlı gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyəti və vətənpərvərliyi təbliğ etməkdir.

Həmçinin  nformasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirmək, dövlət və millətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərə aşılamaqdan ibarətdir.

Layihə rəhbəri “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addım olduğunu deyib .

Qeyd edilib ki, Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir.

Məqsəd həm də gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdən ibarətdir.

Layihənin təlimçisi Pərvin Qasımov çıxış edərək qeyd edib ki, hər bir gənc özündə olan vətənpərvərlik hissini daim ortaya çıxarmalı və bundan ölkənin mənafələri üçün düzgün istifadə etməyi bacarmalıdır.