XALQ ÖLKƏ BAŞÇISININ İQTİSADİ SİYASƏTİNİ BƏYƏNİR VƏ ONU DƏSTƏKLƏYİR

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı xarakter daşıyan əmək tutumlu iş yerlərinin açılması, maliyyə sisteminin təkmilləşdirilməsi, bu sahədə hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması nəticəsində sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısı ilbəil artırılmış, etibarlı sosial müdafiə sistemi formalaşdırılmışdır. Söz yox ki, burada ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əminamanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynamasıdır.

Ümumiyyətlə mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi və mənəvi tələbatının ödənilməsi üçün zəruri şəraitin getdikcə yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Qarşıya qoyulan sosial vəzifələri reallaşdırmaq üçün, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirmək tələb olunur. Çünki iqtisadi uğurlara, yüksək maliyyə imkanlarına nail olmadan sosil siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil.

İndi cəsarətlə demək olar ki, Przident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində artıq bütün müliyyə problemləri həll edilmişdir. Təkcə bir faktı diqqətə çatdırmaq lazımdır ki, pandemiyanın hökm sürdüyü indiki çətin vaxtda da respublikamızda heç bir maliyyə sıxıntısı yoxdur. Əksinə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində insanlar üçün yeni iş yerləri açılmış, əhalinin güzəranında və dolanışığında müsbət irəliləyişlərə nail olunmuşdur. Hətta pandemiya dövründə ziyan çəkən müəssisə və şirkətlərə dövlət yardımlarının edilməsinə başlanılmışdır. Bundan başqa pensiya və təqaüdlərin, əmək haqlarının, hətta vaxtından qabaq ödənilməsində heç bir problem yaşanmır.

Belə bir çətin vaxtda Gəncə Dövlət Universiteti də  ölkə başçısının tapşırıq və tövsiyyələrini əldə rəhbər tutaraq işini günün tələbləri səviyyəsində qurur. Artıq bir neçə aydır ki, universitet rəhbərliyi kollektivdə çalışan hər bir işçinin əmək haqqını, tələbələrin təqaüdlərini vaxtından qabaq ödəyərək onların sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmişdir və bu proses bundan sonra da davam etdiriləcəkdir.

       MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏT XİDMƏTİ