XARİCİ DİLLƏR FAKÜLTƏSİNDƏ BAYRAQ GÜNÜ QEYD OLUNUB

Bayraq günü münasibətilə Xarici dillər fakültəsində professor-müəllim heyətinin,  tələbələrin və dəvət edilmiş qonaqların  iştirakı ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə Hümanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva və fakültə dekanı dosent Əjdər Əsgərov çıxış etmişdir. Onlar Azərbaycan Respublikasının Dövlət Bayraığının məna və məzmunundan, müqəddəsliyindən, Bayraq gününün yaranma tarixindən bəhs etmiş, onu göz bəbəyi kimi qorumağın hər bir şəxsin vətəndaşlıq borcu olduğunu nəzərə çatdırmışlar.

Çıxışlardan sonra fakültənin ayrı-ayrı ixtisaslarında təhsil alan istedadlı tələbələrin zəngin proqramla konserti verilmiş, Azərbaycan Dövlət Bayrağının tarixinə həsr edilmiş video-çarx göstərilmişdir.