Xarici Dillər fakültəsinin İngilis dili ixtisası 4-cü kurs tələbəsinin sınaq dərsi

17.12.2014-cü il tarixində Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 9-cu sinifdə Xarici Dillər fakültəsinin İngilis dili ixtisası 4-cü kurs tələbəsi Gülnara Hüseynquliyevanın “The story” mövzusunda sınaq dərsi keçirilmişdir. Sınaq dərsində GDU-nun Tədris işləri üzrə prorektoru dos. F.Məmmədov, məktəbin direktor müavini V.Həsənov, təcrübə və işlə təminata kömək şöbəsinin müdiri Dos. M.Məmmədov, fakültə dekanı dos. Ə.Əsgərov, qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos. M.Rəhimov, üsul müəllimi G.Məmmədova və fakültənin tələbələri iştirak etmişdirlər. Dərsdən sonra sınaq dərsi müzakirə edilmişdir. Dərs əla qiymətləndirilmişdir.