“YALAN PSİXOLOGİYASI” MÖVZUSUNDA SEMİNAR

16 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Telli Cabbarovanın və   elmi rəhbər baş müəllim  Səbinə Şahverdiyevanın təşkilatçılığı ilə “Yalan psixologiyası” mövzusunda seminar keçirilmişdir.

Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri dosent Sahil İbrahimli  giriş sözündə yalanın cəmiyyət üçün böyük bəla olduğunu , şəxsiyyəti iflic etdiyini qeyd edərək mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırdı. TSPX ixtisasının  III kurs tələbələri Aytac Əliyeva və Nuranə Məmmədrzayeva  məruzələrində mövzu ilə əlaqədar iştirakçılara dolğun məlumat verdilər.

Seminar tələbələr tərəfindən maraqla dinlənildi.