YAP-LA BAĞLI ELMİ-PRAKTİK KONFRANS

21 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himnindən sonra Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva giriş sözü ilə konfransı açıq elan edərək bildirdi ki, Ulu Öndər demişkən “Yeni Azərbaycan Partiyasının həm siyasi xətti, həm əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratik, hüquqi, dünyəvi dövlətiun siyasi xətti ilə eynidir.”

Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Yeni Azərbaycan Partiyası milli etimadın və siyasi əxlaqın ali ünvanı”, Ümumi tarix kafedrasından dosent əvəzi  Etibar Musayev “Heydər Əliyev partiyasında İlham Əliyev missiyası”, baş müəllim Gülşən Mustafayeva” Yeni Azərbaycan Partiyası ötən 24 ildə çətin və şərəfli yol keçib” mövzusunda elmi məruzələrlə çıxış edib

Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, Müstəqil Azərbaycan Dövlətinin inkişaf etdirilməsində əsas rolundan, şərəfli tarixindən söz açaraq, xalq arasında bugünki nüfuzunun səbəblərini, qazandığı nailiyyətləri, xalqın Prezident ətrafınada birləşməsindəki  fəaliyyətini real faktlarla konfrans  iştirakçılarına çatdırmışlar.

Konfransın sonunda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Çinarə Ələkbərovanın, Riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Hekayət Əhmədzadənin  söylədikləri “Heydər Əliyev” şeiri və Gəncə Dövlət Universitetinin YAP Gənclər Birliyinin sədri Elmir Bağırovun təqdimatı əsasında fəal YAP-çı tələbələrə fəxri fərmanlar və hədiyyələr verilməsi xoş təəssürat yaratmışdır.