Yay semestrinin tədris məşğələləri müvəffəqiyyətlə yekunlaşdı

     Universitet üzrə payız və yaz semestrlərindən akademik borcu qalmış tələbələr üçün altı həftəlik yay semestri təşkil edilmişdir. Yay semestrində Riyaziyyat-informatika, Xarici dillər, İqtisadiyyat və idarəetmə və Qiyabi şöbənin tələbələri ödənişli əsaslarla iştirak etmişlər. Yay semestrinə yazılma 06 iyul 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixə kimi davam etmişdir. Yay semestrinin tədris məşğələləri 17 iyul 2019-cu il tarixdən başlanılmış 16 avqust 2019-cu il tarixədək davam etmişdir. Yay semestrində iştirak etmiş tələbələr üçün imtahanlar 19 avqust 2019-cu ildən 22 avqust 2019-cu il tarixədək uğurla davam etmişdir. Yay semestrində iştirak edən bütün tələbələr imtahanlardan müvəffəq qiymətlər almışlar.