Yaz (yay) imtahan sessiyası və növbəti tədris ili üçün təmirə hazırlıq müzakirə edilib

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə şura üzvləri gündəlik məsələlər barədə məlumatlandırılıb.

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun Yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, Əlavə təhsil fakültəsinin dekanı Zakir Zeynalovun Əlavə təhil fakültəsində tədrisin gedişi,İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun Növbəti tədris ili üçün təmirə hazırlığın vəziyyəti haqqında məlumatları dinlənilib.

Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb