YUBİLYARIN TƏBRİKİ

n1
Gəncə Dövlət Universitetinin Riyaziyyat–informatika fakültəsinin İnformatika kafedrasının baş müəllimi Mələk Əliyevanın ömrü bu ali təhsil ocağının istisiylə isinib desək, səhv etmərik. O, bu ocaqda əsl pedaqoq kimi püxtələşib, sevinci də, kədəri də, uğurları da bu ocaqla bağlıdır. Burda hamı ona doğmadır.Tələbədən tutmuş müəllim kollektivinədək. Ona görə də 70 il Mələk xanım üçün bu dərəcədə mənalı və qiymətlidir. Onun ilk  təbriki də ən sevimli bir məkanda, auditoriyada, tələbələrə dərs dediyi vaxtda oldu.
Mələk xanımın gözləmədiyi bir məqamda  fakültə dekanı dosent Oruc Hüseynov, dekan müavinləri dosent Rauf Məmmədov və baş müəllim  Aynur Qasımova, Həndəsə və cəbr kafedrasının müdiri dosent İlqar Cabbarov, Riyazi analiz kafedrasının müdiri dosent Bəhramgur Mustafayev, İnformatika kafedrasının müdiri dosent Əkrəm Aslanov, kafedranın müəllimi dosent Gülmirə Verdiyeva, metodist Sona Əsgərova və fakültənin digər müəllimləri tər çiçəklərlə auditoriyaya daxil olub yubilyarı təbrik edərək ona uzun ömür, can sağliği, işlərində müvəffəqiyyət və yeni-yeni elmi nailiyyətlər arzuladılar.