YUBİLYARLAR MÜKAFATLANDIRILDI

Bu günlərdə Gəncə Dövlət Universitetinin Azad Həmkarlat İttifaqı Komitəsinin növbəti işlası keçirilmişdir. 28 aprel Əməyin təhlükəsizliyi və mühafizəsi gününə həsr edilmiş bu iclasda Pedaqogika kafedrasının dosenti Kəmalə Hacıyevanın və Psixologiya kafedrasının dosenti Pakizə Məmmədovanın uzun müddətli pedaqoji-elmi fəaliyyətləri qeyd edilməklə yanaşı yubilyar kimi də təbrik edib onlara möhkəm cansağlığı, daha böyük uğurlar arzulandı.

Komitənin sədri Afaq Qasımova hər iki yubilyara pul mükafatı təqdim etdi.