Əcnəbi tələbələrin qəbulu ilə bağlı görüş keçirilib

10 sentyabr 2025-ci il tarixdə  Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsilin təşkili imkanlarına dair ali təhsil müəssisələrinin prorektorları, dekanları eləcədə şöbə müdirləri ilə  onlayn görüş keçirilib. Görüşü keçirməkdə məqsəd ali təhsil müəssisələrinə əcnəbi vətəndaşların qəbulu, bu istiqamətdə görülən işlər, eləcə də təhsil qrantı və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsilin təşkili imkanlarına dair cari vəziyyətin müzakirəsidir. Görüşdə Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva iştirak ediblər. 

Məlumat üçün bildirək ki, əcnəbi tələbələrin portal.edu.az üzərindən müraciətinin son tarixi 30.09.2025-ci il nəzərdə tutulub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti