“28 MAY-MÜSTƏQİLLİK GÜNÜ” TƏCRÜBƏÇİ TƏLƏBƏLƏR TƏRƏFİNDƏN QEYD OLUNDU

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri və Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdinin birgə iştirakı ilə “28 May-Müstəqillik Günü”nə həsr olunmuş musiqili-əyləncəli tədbir keçirilmişdir.

Tədbirdə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Musiqi fənlər kafedrasının müdiri prof. Sevda Qurbanəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, İsmət Qayıbov adına məktəbin direktoru Mətanət Qarayeva, orta məktəbin müəllimləri və şagirdləri, valideynlər, təcrübə rəhbərləri və təcrübəçi tələbələr iştirak edirdilər

          Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Azərbaycanın tanınmış bəstəkarlarının Emin Sabitoğlunun, Sədaqət Əhmədovanın  “Azərbaycan”; Fikrət Əmirovun, Tofiq Mütəllibovun “Odlar ölkəsi”; Nailə Mirməmmədlinin, Vüqar Əhmədin “Azərbaycan Bayrağı”; Səməd Vurğunun “Azərbaycan”; Məmməd Arazın “ Azərbaycan dünyam mənim”; Məryəm Əlibəylinin “Xarı Bülbül” və sairə aid mahnılar, şeirlər, rəqslər tələbələr və şagirdlər tərəfindən təqdim olundu.

          Tədbirdə Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov çıxışında  Musiqi fənlər kafedrasının rəhbərliyinə, İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin direktoruna və müəllim kollektivinə, eyni zamanda təcrübəçi tələbələrə universitetin rektoru cənab professor Y.Yusibovun adından öz minnətdarlığını bildirdi, bu cür tədbirlərin keçirilməsi universitet ilə orta məktəb arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradır.

Tədbirin sonunda tələbələr və şagirdlər məktəb rəhbərliyi ilə xatirə şəkilləri çəkdirdilər. Gəncə Dövlət Universiteti ilə İsmət Qayıbov adına 1 saylı tam orta məktəb arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.