“Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi” mövzusunda təlim keçiriləcək
🎯 Təlimin adı:
“Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi”
Təlimin tarixi:
🗓 20 iyun 2025-ci il, saat 10:00-12:00
Təlimçi: İsmayıl İsmayılov
Keçirilmə yeri:
📍 Gəncə Dövlət Universiteti, V tədris binası – Akt zalı
📌 Təlimin məqsədi:
Universitetin idarəedici heyəti arasında keyfiyyət mədəniyyəti anlayışının dərinləşdirilməsi və dayanıqlı davranış modelinə çevrilməsi;
Keyfiyyət təminatı mexanizmlərinin universitetin bütün idarəetmə və akademik fəaliyyətlərinə sistemli inteqrasiyasının təmin edilməsi;
Tələbəyönümlü, şəffaf və nəticəyönümlü idarəetmə modelinin təşviqi və institusional mədəniyyətə inteqrasiyası;
📋 Təlimin struktur və məzmunu:
I. Giriş və konsepsiya (20 dəq)
- Keyfiyyət mədəniyyəti nədir?
- Daxili və xarici keyfiyyət təminatı fərqləri
- Universitetlərdə keyfiyyət mədəniyyətinin rolu
II. Qanunvericilik və strateji çərçivə (20 dəq)
- Azərbaycan Respublikasının ali təhsil qanunvericiliyində keyfiyyət tələbləri
- ESG (European Standards and Guidelines) 2015 standartları
- GDU-nun Keyfiyyət Təminatı Siyasəti və Strateji Planı
III. Keyfiyyət mədəniyyətinin elementləri (30 dəq)
- Akademik dürüstlük və etik davranış
- Tələbəyönümlü təhsil və qiymətləndirmə
- Əməkdaşlıq, hesabatlılıq və şəffaflıq
- Davamlı təkmilləşmə yanaşması
IV. Fakültə və bölmələrdə keyfiyyət mədəniyyətinin tətbiqi (20 dəq)
- Müəllim heyəti üçün əsas prinsiplər
- İnstitut/kafedra/fakültə səviyyəsində yaxşı təcrübələr
- Tələbələrin və işçi heyətin iştirakı
VI. Suallar və ümumi müzakirə (15 dəq)
🧑🏫 Təlimin auditoriyası və hədəf qrupları:
1. İdarəedicilər (prorektorlar, dekanlar, şöbə müdirləri)
2. Akademik heyət (kafedra müdirləri, müəllimlər)
3. İnzibati heyət (tədris şöbəsi, kargüzarlıq və s.)
4. Tələbə təşkilatlarının nümayəndələri
5. Keyfiyyət nümayəndələri və monitorinq qrupları

