AMEA-nın müxbir üzvü Bilal Bilalov Gəncə Dövlət Univesitetində usdad dərsi keçib

   22 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində İstanbul Yıldız Texniki Universitetinin professoru, Riyaziyyat və Mexanika institutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov “Banax qiymətli elleptik tənliklərin bəzi problemləri” mövzusunda usdad dərsi keçirib.

   Riyaziyyat – informatika fakültəsinin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi dərsdə elleptik tip tənliklərin müasir problemləri, onların More, Banax, Sobolev fəzalarında həllinin varlığı şərtləri haqqında geniş məlumat verilib.

   Mühazirənin sonunda riyaziyyatçı alim Bilal Bilalov tələblərin suallarını ətraflı cavablandırıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti