Bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb

                  Oktyabrın 4-də Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə cari ildə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri mükafatlandırılıb. 

      Festivalın qaliblərinin mükafatlandırma mərasimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin iclas zalında keçirilib.

         Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında dövlətimizin uğurlu  gənclər siyasətindən bəhs ediblər.

        Tədbirdə i ali təhsil ocağının  Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Musiqi fənləri kafedrasının müəllimi Aləmzər Abdullayeva, Pedaqoji fakültənin II kurs tələbələri -Nərmin Əlizadə və Ruqiyyə İbrahimova təmsil ediblər.

       Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında uğurla çıxış edən Gəncə Dövlət Universitetinin tələbələri də mükafatlandırılıb.

GDU-nun tələbələrindən ibarət xor kollektivi I yerə, “Gəncəm” vokal qrupu I yerə və Aşıq musiqisi ifaçıları isə III yerə layiq görülüb. Qaliblərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

     Ümumilikdə isə müsabiqə-festivalda fəal iştirakına görə Gəncə Dövlət Universitetinin 14 tələbəsi diplomla təltif edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti