“Biosferdə təbii resurslar, onların təsnifatı və səmərəli istifadə olunması” mövzusunda elmi seminar

     Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasında “Biosferdə təbii resurslar, onların təsnifatı və səmərəli istifadə olunması” mövzusunda elmi seminar keçirilib.

      Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova və Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova çıxış edərək mövzunun aktuallığını diqqətə çatdırıblar.

    Elmi seminarda respublikanın ərazisinin əlverişli coğrafi mövqeyində rəngarəng təbii şəraiti yaradan çoxsaylı iqlim ünsürlərinin və müxtəlif relyef quruluşunun olmasından, tarixən zəngin filiz və qeyri-filiz yataqlarının dünya ölkələri arasında özünəməxsus yer tutmasından və qiymətli yeraltı sərvətlərin zənginliyindən bəhs olunub.

      Daha sonra Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Fərqanə Qasımovanın “Biosferdə təbii resurslar, onların təsnifatı və səmərəli istifadə olunması” mövzusunda məruzəsi dinlənilib.

    Elmi seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti