“Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun İş planına uyğun olaraq aprel ayı üçünilk iclası keçirildi
16 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun 03 saylı iclası keçirildi. İclasda monitorinq qrupunun bütün üzvləri iştirak etdilər.
Əvvəlcə gündəlik məsələlər- Monitorinq qrupunun iş plana uyğun olaraq icrası planlaşdırılan fəaliyyətlərə dair iş prosesinin qurulması, “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün universitetdə mövcud daxili əvəzçilər və daxili saathesabı üçün yükləri özündə əks etdirən Forma 4 adlı sənədin təhlili, maraqlı tərəf hesab edilən şəxslərdən proseslə bağlı növbəti iclasda iştirakının təmin edilməsi ilə bağlı məlumat verilib.
Daha sonra yuxarıda qeyd edilən məsələlər müzakirə olunub və monitorinq qrupunun bütün üzvlərinin təklifləri dinlənilib və müvafiq qərar qəbul olunub.