Elmi tədqiqat sahəsində beynəlmilləl təcrübənin öyrənilməsi, müxtəlif tədqiqat sistem-tətbiqlərdən istifadə qaydaları və beynəlxalq qrand imkanları
Gəncə Dövlət Universitetində akademik heyət və doktorantlar üçün elmi tədqiqat sahəsində beynəlmilləl təcrübənin öyrənilməsi, müxtəlif tədqiqat sistem-tətbiqlərdən istifadə qaydaları və beynəlxalq qrand imkanları
Gəncə Dövlət Universiteti Elm və innovasiyalar üzrə prorektorluğun rəhbərliyi, Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə 23 aprel tarixində saat 14:00-də GDU-da “Clarivate” şirkəti tərəfindən seminar keçiriləcəkŞirkətin müştəri məmnunluğu üzrə mütəxəssis, təhsil eksperti İltifat İbrahimov “Web of Science” platformasına dair çıxış edəcək.
Seminarda aşağıdakı mövzular işıqlandırılacaq:
Web of Science platforması
Journal Citation Reports
Təşkilat Profili
Tədqiqatçı Profili
EndNote referans idarəetmə sistemi
Beynəlxalq tədqiqat və qrand imkanları
Tədbir əsas bina Nizami Gəncəvi adına iclas zalında keçiriləcək.