ELMİ-TƏDQİQAT VƏ TƏDRİS FƏALİYYƏTİNİN TƏHLİL EDİLMƏSİ ÜÇÜN İŞÇİ QRUPU KAFEDRALARDA

Gəncə Dövlət Universitetinin elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrupu təsdiq edilmiş iş planına uyğun olaraq aprel ayı ərzində universitetin bütün kafedralarında olmuş, icra olunmaqda olan üç illik elmi-tədqiqat işlərinin və tədris fəaliyyətinin monitorinqini həyata keçirmişdir.

Kafedralarda elmi-tədqiqat işlərinin və tədris fəaliyyətinin sənədləşməsi və hesabatlılığı işçi qrupu tərəfindən ətraflı təhlil edilmişdir.