Gəncə Dövlət Universitetində innovasiya yönümlü sahibkarlığın inkişafı məqsədi ilə təşkil ediləcək “Yeni bir fikrim var” ideya yarışmasının qaydaları

İstiqamətlər

Müsabiqədə həm texnologiya, həm də sosial innovasiya yönümlü ideyası olan şəxslər iştirak edə bilər. Aşağıda qeyd edilən kateqoriyalar müsabiqədə iştirak edəcək ideyalar üçün nümunələrdir. Lakin fərqli mövzularda olan maraqlı ideyalı şəxslər də müsabiqəyə müraciət edə bilərlər.

Məhsul və ya Xidmətlər: Bazarda müəyyən ehtiyaclara cavab verən yeni məhsul və ya xidmətlərlə bağlı ideyalar.  

Sosial və ya Yaşıl artımla bağlı problemlər: Ətraf mühitə və ya sosial problemlərin həllinə kömək edən ideyalar.

Bədii yaradıcılıq: İncəsənət sahəsinə daha çox insanı cəlb etmək, sənətə olan qiymətin artması və incəsənətin cəmiyyətdəki əhəmiyyətini artırmaq, bədii yaradıcılığı daha əlçatan etmək, və ya hər hansı bir sənəti kommersiyalaşdırmaq üçün ideyalar.

Kampusla bağlı İnnovasiyalar: Kampus həyatını zənginləşdirəcək və ya kampuslarda sərfiyyatı azaltmaqla bağlı innovativ ideyalar.

Qiymətləndirmə Meyarları

Müsabiqədə iştirak üçün müraciət edən layihələr aşağıdakı 6 meyar üzrə qiymətləndiriləcək:

1.    Problem/ehtiyac kifayət qədər aktualdır və aradan qaldırılması mümkündür

2.    Təklif olunan məhsul /həll yolu aydın dəyərə malikdir və insanlar tərəfindən qəbul olunma ehtimalı yüksəkdir.

3.    Cari zaman ideyanın həyata keçməsi üçün uyğundur və ehtiyac hələ qarşılanmamışdır

4.    Müştəri bazarı mövcuddur və müştərilərin təklif olunan məhsula ehtiyacı var

5.    İdeyanın həyata keçməsi üçün ciddi maliyyə tələb edilmir və aydın gəlir modeli var

6.     Bazara daxil olmaq üçün maneə yoxdur və alternativ məhsullardan fərqli dəyər təklif olunur

     Necə iştirak etmək olar.

●      Müsabiqə iki fərqli kateqoriyada, tələbələr arasında və akademik-inzibati heyət arasında təşkil edilir

●      İştirakçılar müsabiqə şərtləri daxilində istədikləri sayda layihə ilə yarışmaya müraciət edə bilər

●      Müsabiqəyə komanda şəklində (3-4 nəfərdən ibarət komanda) müraciət etmək tövsiyyə olunur

●      Müsabiqədə yalnız GDU-nun akademik-inzibati heyəti və tələbələri iştirak edə bilər

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/1LI6tMgchrvQkWULaRibruvogMJWR_zOJbLE6IjtXV68/edit?usp=drive_link

Müsabiqəyə təqdim olunan ideyalar iki mərhələdə qiymətləndiriləcək. Əvvəlcə təqdim olunan bütün ideyalar meyarlar üzrə qiymətləndiriləcək. Seçilmiş ideyalar növbəti mərhələ olan final mərhələsinə keçəcək. Finalçılar hazırlıq mərhələsindən keçdikdən sonra finalda təqdimat edəcək və ən yaxşı ideyalar qalib elan ediləcək.

Müraciət tarixi:  12.03.2025 – 10.04.2025

İlkin qiymətləndirmə: 11.04.2025 – 13.04.2025

Finalçıların elanı: 14.04.2025

Finala hazırlıq: 14.04.2025 – 16.04.2025

Finalda yekun təqdimat və qaliblərin seçimi: 17.04.2025

Mükafat fondu

Qaliblər rektorun müvafiq əmrinə əsasən aşağıdakı formada mükafatlandırılacaq:

Akademik-inzibati heyət arasında təşkil ediləcək müsabiqənin qalibləri üçün:  I yer 800 AZN, II yer 600 AZN, III yerə 400 AZN pul mükafatı nəzərdə tutulmuşdur.

Tələbələr üçün isə bu məbləğ I yerə 700 AZN, II yerə 500 AZN, III yerə isə 300 AZN nəzərdə tutulmuşdur.

Bunlardan əlavə olaraq qaliblərə müsabiqənin sponsorları tərəfindən əlavə həvəsləndirici mükafatlar təqdim olunacaq. Final mərhələsində iştirak hüququ qazanmış bütün iştirakçılara universitetin rektoru tərəfindən imzalanmış sertifikatlar təqdim ediləcək.