Gəncə Dövlət Universitetinin kafedralarında vakant yerlərə müraciət edən namizədlərin bilik və bacarığı yoxlanılıb
Gəncə Dövlət Universitetində 2025/2026-cı tədris ili üçün İdarəetmə, İqtisadiyyat, Menecment və Turizm işi, Leksika və ölkəşünaslıq və Kimya kafedralarında vakant yerlər üzrə müəllim vəzifəsini tutmaq üçün müraciət etmiş namizədlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə açıq dərslər keçirilib.
10-12 sentyabr 2025-ci il tarixlərdə təşkil olunan açıq dərslərdə rektor Yusif Yusibov, universitet tərəfindən yaradılan komissiyanın üzvləri, müvafiq vakansiya üzrə fakültə dekanları və kafedra müdirləri iştirak ediblər.
Kafedralar üzrə boş olan yerlərə müraciət etmiş namizədlər seçdikləri mövzuya uyğun bilik və bacarıqlarını nümayiş etdiriblər. Sınaq dərsində iddiaçıların mövzuya dair materialı təqdim etməsi, əyani vəsaitlərdən, müasir İKT-dən, eləcə də müasir təlim texnologiyalarından istifadə bacarığı, pedaqoji və psixoloji ustalığı komissiya tərəfindən müəyyən balla qiymətləndirilib.
Açıq dərsin nəticələri komissiya üzvləri tərəfindən ətraflı təhlil edilib və gənc müəllimlərə lazımi tövsiyələr verilib.
Diqqətə çatdıraq ki, Gəncə Dövlət Universitetində çalışmaq istəyən şəxslər univesitetin rəsmi saytında əvvəlcədən elan olunan vakansiyalar əsasında müarciət ediblər.














