GDU əməkaşları akkreditasiyaya dair maariflənlədirici təlimdə iştirak edib
19.03.2025-ci il tarixdə Türkiyə Respublikasının “Turizm Akademisyenleri Derneğinin” (TUADER) təşkilatçılığı ilə “Turizm Eğitimi Değerlendirme ve Akreditasyon Kurulu” (TURAK) tərəfindən Gəncə Dövlət Universitetinin əməkdaşları üçün akkreditasiyaya dair maariflənlədirici təlim keçirilib.
Online formada baş tutan təlimdə qardaş ölkənin mütəxəssisləri tərəfindən universitetlər üçün akkreditasiyanın əhəmiyyətindən danışılıb və proqram akkreditasiyasına dair geniş izahlar verilib. Bununla yanaşı akademik və inzibati heyətin turizmlə bağlı bilik səviyyəsini artırmaq məqsədilə faydalı informasiyalar təqdim olunub.
Diqqətə çatdırılıb ki, turizmlə bağlı rəhbər heyət, akademik və inzibati heyətin iştirakının təmini və təşviq edilməsi yalnız müvafiq proqramların akkreditasiyaya hazırlığı baxımından deyil, eyni zamanda universitetdəki keyfiyyət və akkreditasiya prosesinə də müsbət töhfələr verəcək.
Təlimdə akkreditasiya ilə bağlı Türkiyə universitetlərinin təcrübəsindən ətraflı danışılıb.
Sonda mövzu ilə bağlı suallara aydınlıq gətirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti