GDU-da “Akademik və peşəkar ingilis dili bacarıqlarının inkişafı” mövzusunda təlimə start verildi
1 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında Qrammatika və İngilis dilinin tədrisi kafedrasının təşkilatçılığı ilə “Akademik və peşəkar ingilis dili bacarıqlarının inkişafı” mövzusunda təlimə start verildi.
Kafedranın baş müəllimi Arzu Babayeva tərəfindən keçirilən təlimdə universitetin professor-müəllim heyəti iştirak ediblər.
Təlim zamanı gündəlik və akademik ingilis dili bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı ətraflı məlumat verildi, mövzu ətrafında geniş müzakirələr aparıldı və müxtəlif yanaşmalar təhlil olundu.
Təlimin sonunda iştirakçıların sualları ətraflı cavablandırıldı.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti