GDU-da I kurs tələbələri üçün təlimlər keçirilmişdir
Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gənclər arasında zərərli dini baxışların sosial-psixoloji reabilitasiya, dini dözümlülük və multikulturalizmin təbliği” layihəsi çərçivəsində I kurs tələbələri üçün təlimlər keçirmişdir.
Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açaraq tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Daha sonra “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Əhəd Kazımov həyata keçirdikləri layihə və rəhbərlik etdiyi təşkilat haqqında məlumat vermişdir.
Hüquq və insan haqları institutunun Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli iştirakçılar üçün “Müasir dövrdə Azərbaycanda multikulturalizm” mövzusunda təlim keçmişdir. Fərqli saatlarda keçirilən təlimlərdə 42 nəfər iştirak etmişdir.
Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.