GDU-da müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti, məqsəd və vəzifələrinə dair təlim təşkil olunub

02 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən “Müasir təlim texnologiyalarının tətbiqi ilə tələbələr-müəllimlər üçün effektiv təlim və öyrənmə mühitinin yaradılması” mövzusunda təlim keçirilib.  

  Maarifləndirici təlimin ilk günündə Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev mövzu ətrafında çıxış edib, fənlərin tədrisində interaktivliyin, müasir təlim texnologiyalarından istifadənin əhəmiyyəti, məqsəd və vəzifələri, əsas pedaqoji anlayışlar , XXI əsr bacarıqları və təlim nəticələrinə dair  ətraflı məlumat verib.

  Təlimin davamında A.Quliyev tərəfindən iştirakçıların sualları ətraflı  cavablandırılıb.

  Qeyd edək ki,  GDU-da maarifləndirici təlimlərin 30 may 2025-ci il tarixədək davam edəcəyi nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti