GDU-da “Nə? Harada? Nə zaman ?” adlı İntellektual oyun kuboku uğrunda mübarizənin final turu keçirilib
Gənclər və İdman Nazirliyi, Xəzər İntellektual Gənclər Klubu və Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman ?” adlı İntellektual oyun kuboku uğrunda mübarizənin final turu keçirilib.
Turnirdə Gəncə Dövlət Universiteti üzrə 15 komanda iştirak edib. İntellektual oyunda Pedaqoji fakültənin “Aslanlar Komandası” 1-ci, Fizika və Texniki fənlər fakültəsinin “Hədəf” Komandası 2–ci, Tarix-Coğrafiya fakültəsinin “Altunay” komandası 3 – cü yerə layiq görülüb.
Qeyd edək ki, əvvəlki turun qalibləri “SSBP+” və “Aslanlar” komandaları Gəncə Dövlət Universitetini İntellektual oyunun Respublika mərhələsində təmsil edəcəklər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti