GDU-da tələbələr elmi məqalələrin yazılmasına dair maarifləndirilib

Mayın 22-də Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrası tərəfindən fakültə TEC-nin üzvləri və universitet tələbələri üçün “Elmi məqalələrin yazılması qaydaları” mövzusunda təlim keçirilib. Filologiya, Pedaqoji və Xarici dillər fakültələrinin tələbələri və professor-müəllim heyətinin iştirak etdiyi təlimdə Azərbaycan dili kafedrasının dosenti Yadigar Əliyev elmi məqalələrin quruluşu, struktur bölmələri haqqında məlumat verib, tədqiqatın məqsədi, obyekti, elmi metodları, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı ətraflı şəkildə izah olunub.

Təlimdə mövzu ilə bağlı suallar cavablandırılıb. Çıxış edənlər tələbələrin elmi-tədqiqat fəaliyyəti üçün belə təlimlərin davamlı olmasının zəruriliyini vurğulayıblar.