GDU Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilib
İclasda Həmkarlar Təşkilatının sədri Afaq Qasımova son aylar ərzində görülən işlərə nəzər salıb, ittifaq üzvlərinin sosial iqtisadi hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə qayğı və problemlərin həlli, onların istirahət və mədəni-kütləvi tədbirlərə cəlb olunması istiqamətində həyata keçirilən işlər haqqında ətraflı danışıb.
Daha sonra gündəlik məsələlər diqqətə çatdırılıb.
GDU Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin üzvləri “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdini yeni kitabının işıq üzü görməsi və Komitənin idarə heyətinin üzvü, Riyaziyyat-İnformatika fakültəsinin dekan müavini Rauf Məmmədovu anadan olmasının 70 illik yubileyi münasibəti ilə təbrik ediblər.
Sonda hər iki əməkdaş Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətt ilə mükafatlandırılıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti