GDU-nun əməkdaşı Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Gəncə Dövlət Universitetinin əməkdaşı Nəsibə Hacıyeva “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda I Beynəlxalq elmi konfransda iştirak edib. Əməkdaşımız “Şərqi Zəngəzur regionu ərazisində günəş radiasiyasının paylanması və günəşli saatlarının istifadə potensialı” adlı məruzə ilə çıxış edib.
Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edənlər qlobal iqlim dəyişikliklərinin davamlı inkişafa təsiri, qarşıda dayanan əsas çağırışlara dair fikirlərini bildiriblər.
Konfrans öz işini plenar sessiyalarla davam etdirib.





