GDU-nun əməkdaşları Probasiya xidmətinin nəzarətində olan məhkumlarla görüş keçiriblər
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Şəhər Probasiya Şöbəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova və baş müəllim İlham Məmmədov məhkumlara psixoloji dəstək məqsədilə görüş keçiriblər.
19 dekabr 2024-cü il tarixdə qarşılıqlı anlaşma şəraitində keçirilən görüşdə Probasiya xidmətinin nəzarətində olan məhkumların sosial həyata inteqrasiyası üçün söhbət aparılıb.
Gələcəkdə belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti