GDU-nun dosenti orta məktəbdə “Çoxluqlar və limitlər” mövzusunda ustad dərsi keçib

Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə “Çoxluqlar və limitlər” mövzusunda ustad dərsi keçib.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Riyazi analiz kafedrasının müdiri professor Orucəli Rzayev, Riyaziyyat və informatika fakültəsinin dekan müavini dosent Rauf Məmmədov, 17 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənova, direktor müavini Rza Ələsgərov, orta məktəbin fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

GDU-nun dosenti Tahir Məmmədov tərəfindən mövzuya uyğun olaraq şagirdlərə çoxluqlar nəzəriyyəsi və çoxluqların ümumi xassələri haqqında ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.

Ustad dərsində fəal iştirak edənlərə kitablar, universitetin bukletləri və diyircəkli qələmlər təqdim olunub.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti