GDU-nun komandaları idman və intellektual yarışlarda uğurlar qazanıb

           Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş idman və bilik yarışı keçirilib. Orta ixtisas və ali təhsil müəssisələri arasında keçirilən yarışda Gəncə Dövlət Universitetinin komandası şahmat və dama idman növü üzrə, həmçinin intellektual yarışda  1-ci yerə layiq görülüb.

      GDU-nun qalib komandası Fəxri fərmanla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

       Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası (ABF) və Azərbaycan Texnologiya Universitetinin (ATU)  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş universitetlərin peşəkar klubları arasında keçirilən basketbol turnirin final oyununda isə Gəncə Dövlət Universitetinin komandası 2-ci yerə layiq görülüb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti