GDU tələbələrinin Ekoloji Startap Layihəsi Beynəlxalq Müsabiqədə Marağa Səbəb Olub

27 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət komanda Azərbaycan Texniki Universiteti (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universiteti (National University of Sciences and Technology – NUST) tərəfindən birgə təşkil olunan “İnnovativ və Yaradıcı Həllərin Tapılması” (FICS) adlı beynəlxalq startap müsabiqəsində iştirak edib.

Komanda ekoloji problemə yönəlmiş – çirkli suların meyvələrdən əldə olunan biofermentlərlə təmizlənməsini nəzərdə tutan innovativ startap layihəsini təqdim edib. Layihə çərçivəsində hazırlanmış stend həm yerli, həm də xarici qonaqlar, o cümlədən Pakistan Milli Elm və Texnologiya Universitetinin rəhbərliyi tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Təqdim edilən bu layihə ekoloji dayanıqlılıq və biotexnologiyanın tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, regionlararası elmi-innovativ əməkdaşlıq üçün də yeni imkanlar vəd edir.