“İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” adlı təlim həftəsinin üçüncü görüşü baş tutdu

Gəncə Dövlət Universitetində həyata keçirilmiş sonuncu akkreditasiyaya aid Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlərər dair hazılanmış Fəaliyyət Planında həyata keçirilməsi istiqamətində “İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” üçün 2025-ci ilin may ayı ərzində yerli və beynəlxalq mübadilə proqramlarında iştirakına dair təlim həftəsinin üçüncü görüşü baş tutdu.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov hazırladığı təqdimatla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı, Türkiyə bursları, Erasmus + (KA1, KA2, KA3, Salto-Youth), “Avropa Həmrəylik Korpusu”, “Erasmus Birgə Magistr” proqramı və bu tipli digər özəl və dövlət təqaüd imkanlarından danışdı. Bununla yanaşı akademik heyətin fərdi inkişafına yönələn elmi təqaüd imkanları və “Jean Monnet” tipli proqramlardan danışdı. Eyni zamanda qeyd olunan proqramların portallarına müraciət, sənədləşmə işləri və seçim meyarlarına uyğun rəsmi veb səhifələrdə tətbiqi formatda izah olundu. 

Təlim sual-cavab formatında yekunlaşdı. Qeyd edək ki, təlimlər səhər və günorta saatlarında təşkil olunub.