“İKT biliklərinin artırılması yolları” mövzusunda təlimlər
06-28 may 2025-ci il tarixlərdə İnformatika və Cəbr kafedrası əməkdaşları tərəfindən Universitetin professor-müəllim heyəti üçün “İKT biliklərinin artırılması yolları” mövzusunda təlimlər keçiriləcək.
Kafedra tərəfindən hazırlanmış qrafik əsasında dörd modul – “ İnformasiya kommunikasiya texnologiyaların təhsilə tətbiqi. Təhsildə istifadə olunan İKT avadanlıqları və onların proqram təminatı”, “Kompüterin proqram təminatı. Tətbiqi proqramlar: MS Word mətn redaktoru, Ms Power Point təqdimat proqramı”, “İnternet şəbəkəsi. İnternet xidmətləri. Elektron tədris vasitələriş Elektron jurnallar”, “Təhsildə tətbiq olunan süni intellekt tətbiqləri. İntellektual təlim sistemləri. Biliklərin qiymətləndirilməsi üçün proqram təminatları” üzrə təlimlər təşkil olunacaq.
Təlimlərin məqsədi universitet əməkdaşları arasında İKT sahəsində nəzəri məlumatları və praktik iş bacarıqları inkişaf etdirməkdir.
06-07 may 2025-ci il tarixdə ilk təlim kafedranın baş müəllimi İlhamə Zeynalova və baş müəllim Samirə Babayeva tərəfindən icra olunub. “İKT biliklərinin artırılması yolları” mövzusunda olan təlim interaktiv şəraitdə davam edib. Təlimçilərin İKT avadanlıqları və proqram təminatına dair məlumat xarakterli çıxışları maraqla qarşılanıb.