“İKT biliklərinin artırılması yolları”mövzusunda növbəti təlim
27 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin İnformatika və cəbr kafedrasının əməkdaşları baş müəllim İlhamə Zeynalova və Samirə Babayeva tərəfindən Universitetin professor-müəllim heyəti üçün “İKT biliklərinin artırılması yolları”
mövzusunda təlim keçirilib. Təlimdə təhsildə tətbiq olunan süni intellekt tətbiqləri, intellektual təlim sistemləri, biliklərin qiymətləndirilməsi üçün proqram təminatına dair məlumat verilib.
Süni intellektin həyatımızın müxtəlif sahələrinə daxil olması və layihələrdə aktiv istifadə olunması, süni intellektin gələcək inkişafı ilə bağlı məsələlər dinləyicilərdə maraq oyatmışdır.