“İlin Magistrantı” nominasiyası üzrə müsabiqə açıq elan olunur!
Magistratura Şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “İlin Magistrantı” nominasiyası müsabiqəsinə elmi fəaliyyəti, təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən tələbələrin namizədliyi qəbul olunur.
Namizədlər üçün əsas tələblər:
1. Elmi fəaliyyət
• Yerli və beynəlxalq jurnallarda dərc olunmuş minimum 2 elmi məqalə;
• Respublika və beynəlxalq elmi konfranslarda minimum 1 məruzə ilə iştirak;
• Patent və ya tədqiqat layihəsi (əgər varsa – üstünlük verilir).
2. Təhsil göstəriciləri
• Ümumi orta müvəffəqiyyət göstəricisi: 85+
3. Tələbənin elmi-pedaqoji və ictimai fəaliyyəti
• TEC və digər elmi, ictimai və s. təşkilatlarda aktiv iştirak;
• Universitetdə təşkil edilən seminar, təlim və tədbirlərdə fəallıq;
• Yay məktəbləri və tələbə təlimlərində iştirak.
4. Tədqiqat işinin aktuallığı və tətbiqi
• Mövzunun cəmiyyət, elm və sənaye üçün önəmi;
• Magistr işi haqqında qısa izahat (müdafiə ərəfəsində və ya hazırlanma mərhələsində olan).
5. Xarici dil bilikləri
• İngilis və ya digər xarici dillərdə akademik bacarıqlar (sertifikat varsa: TOEFL, IELTS, Duolingo və s.).
6. Tövsiyyə məktubu
• Elmi rəhbər və ya fakültə müəllimi tərəfindən imzalanmış rəy məktubu.
7. Müsahibə
• Tələbənin elmi baxış bucağı, motivasiyası və təqdimat bacarığı nəzərdən keçirilə bilər.
Müraciət üçün son tarix: 23.05.2025
Ətraflı məlumat üçün Tələbə Elmi Cəmiyyətinə və ya Magistratura Şöbəsinə müraciət edə bilərsiniz.
Gələcəyin alimi sən ola bilərsən – fürsəti qaçırma!