“İngilis dilinin tədrisinə müasir yanaşmalar. Tələbəni yeni mövzuya həvəsləndirmə üsulları” mövzusunda təlim
Gəncə Dövlət Universitetində 12 may 2025-ci il tarixdə “İngilis dilinin tədrisinə müasir yanaşmalar. Tələbəni yeni mövzuya həvəsləndirmə üsulları” mövzusunda təlim təşkil olunub.
Təlim Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Urqiyə Hacıyeva tərəfindən aparılıb. Əsas məqsəd müəllim heyətinin akademik və peşəkar ingilis dili üzrə biliklərinin artırılmasıdır.