Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası keçirilib
19 mart 2025-ci ildə Gəncə Dövlət Universitetinin Fizika kafedrasında Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası keçirildi. İclasın gündəliyində bir məsələ nəzərdə tutulmuşdu.
Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Tədris planlarının tərtib olunmasına nəzarət edilməsiüçün işçi qrupun hazırladığı iş planının müzakirəsi və təsdiqi
İclasda sədr Yəhya Namazov çıxış etdi. O, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun hazırladığı iş planının müzakirəsi və təsdiqinin gündəlikdə duran əsas məsələ olduğunu qeyd etdi.Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün yaradılmış işçi qrup tərəfindən iş planı layihəsi hazırlanmışdır.
Hazırlanan bu iş planı bu gün müzakirəyə çıxarılaraq təsdiq olunmalıdır. Daha sonra sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılması nəzərdə tutulur. Razılaşdırıldıqdan sonra rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılmış Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının sədrinə təsdiqə göndərilməsi planlaşdırılır.
Məsələ ilə bağlı rəy və təkliflərin bildirilməsini təklif etdi.
İşçi qrupun üzvlərindən Samirə Cəfərova, Mirzə Həsənov, Elxan İsmayılov, Mustafa Cəfərov, Rauf Məmmədov, İlqar Haqverdiyev, Məleykə Aslanova çıxış etdilər.
Çıxışlarda İş planı hazırlanarkən işçi qrupun üzvlərindən alınmış təkliflərin yüksək qiymətləndirdiyi vurğulandı.
Təqdim olunan bütün təkliflərin, işçi qrupu tərəfindən iş planına daxil edilməsi, planın tamlığının və uyğunluğunun təmin edilməsi.Hazırlanan və təkliflərlə zənginləşdirilən iş planı işçi qrup tərəfindən yekunlaşdırılaraq təsdiq edilməsi qərara alındı. Həm də İş planı razılaşdırılması üçün rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilsin, onlarla müvafiq razılaşdırma prosesi həyata keçirilsi, İş planı rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup ilə razılaşdırıldıqdan sonra Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasına müzakirə və təsdiq üçün göndərilməsi qərara alınmışdır.