KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASININ NƏZDİNDƏ YARADILMIŞ TƏDRİS PLANLARININ TƏRTİB OLUNMASINA NƏZARƏT EDİLMƏSİ ÜÇÜN İŞÇİ QRUPUN İCLASI KEÇİRİLİB

24 sentyabr 2025-ci ildə Gəncə Dövlət Universitetinin V tədris korpusunda  Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası keçirildi.

İşçi qrupun sədri Yəhya Namazov tədris planlarının tərtib olunmasına nəzarətüçün yaradılmış işçi qrupun hazırladığı Yekun hesabatın müzakirəsinin və təsdiqinin gündəlikdə duran məsələ olduğunu qeyd edərək hazırlanmış hesabat haqqında məlumat verdi.İclasın katibi  İmanova Sevinc Ramazan qızı qrup üzvlərini hesabatla tanış etmək üçün hesabatı oxudu. Sonra iclasın sədri Yəhya Namazov hesabat haqqında rəy və təkliflərin bildirilməsini təklif etdi.

İşçi qrupun üzvlərindən Hacıyev Niyaməddin, Həsənov Mirzə , Aslanova Məleykə, Haqverdiyev İlqar şıxış etdilər. Çıxışlarda  hazırlanmış yekun hesabatda  reallığın əks olunduğu, bu  hesabatın tədris planlarının hazırlanmasında əhəmiyyətli olacağı  vurğulandı. Komissiya sədri səmərəli  və yaradıcı fəaliyyətlərinə görə komissiya üzvlərinə təşəkkür etdi.

Hesabatda ATMEF blokuna yeni fənlər əlavə olunarkən əmək bazarının tələbləri və müasir yanaşmalar nəzərə alındığına görə Yekun hesabatın qənaətbəxş hesab edilməsi və təsdiq olunması  qərara alındı.