Kütləvi informasiya vasitələrinə müraciət

11.04.2025-ci il tarixdə müxtəlif Kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universitetinin binasından kənarda özünə yüngül bədən  xəsarəti yetirməyə cəhd göstərən 1988-ci il təvəllüdlü Məmmədova Günay Asim qızının hazırda GDU-nun əməkdaşı olduğu barədə yazılar paylaşılıb. Məlumat üçün bildirək  ki, Günay Məmmədova Gəncə Dövlət Universitetinin əməkdaşı deyildir. Belə ki, 2022-ci ilin dekabr ayında G.Məmmədovanın öz istəyi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Bu gün baş verən hadisə ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan və dəqiqləşdirilməmiş məlumatları paylaşmamağı xahiş edirik.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti