orta məktəb şagirdləri Gəncə Dövlət Universitetində

Gəncə şəhər 7 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri Gəncə Dövlət Universitetinin II tədris binasında olmuşlar. Şagirdlər Fizika və texniki fənlər fakültəsinin fənn kabinələri, laboratoriyalar, ixtisas kafedralarında yaradılmış şəraitlə yaxından tanış olublar.

Görüşdə Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Təsviri incəsənət kafedrasının müdiri Mərdan Məmmədov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, 7 nömrəli tam orta məktəbin direktor müavini Könül Süleymanova, Uşaq birliyinin rəhbəri Şövkət Əliyeva, Texnologiya fənn birləşməsinin rəhbəri Xanım Əliyeva iştirak ediblər.

Şagirdlərə Gəncə Dövlət Universitetinin fəaliyyəti, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib, bunlarla bağlı bukletlər təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti