“Rus dilində fellərin işlənmə xüsusiyyətləri” mövzusunda təlim maraqla qarşılanıb
13 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində “Rus dilində fellərin işlənmə xüsusiyyətləri” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi müəllim heyətinin rus dili üzrə qramatik biliklərinin daha da artırılmasıdır.
Rus dili kafedrasının müəllimi Gülnar Qafarova tərəfindən aparılan təlim maraqla qarşılanıb. Təlim interaktiv diskussiya, praktik tapşırıqlar və müzakirələr əsasında davam edib.