“Təhsildə liderlik” mövzusunda təlimlər keçirilmişdir
Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə faliyyət planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İnnovativ məktəb” layihəsi çərçivəsində məktəb direktorları və müəllimlər üçün İsrail dövlətinin Tel-Əviv şəhərində “Təhsildə liderlik” mövzusunda təlimlər keçirilmişdir. GDU-nun Magistratura şöbəsinin Genetika ixtisası üzrə 1-ci kurs tələbəsi Hüseynova Könül Nazim qızı qeyd olunan təlimlərdə iştirak etmişdir. 12 məktəb üzrə 46 nəfərlik pedaqoji heyətin iştirak etdiyi təlimlərdə iştirakçılar tədris metodologiyaları, layihə əsaslı öyrənmə və süni intellektin təhsildə yaratdığı imkanlar haqqında fəaliyyətlərə cəlb olunmuş, eləcə də İsrailin təhsil sistemi ilə tanış olmaq məqsədilə Ebin, Tivon və Dafna kimi qabaqcıl ümumi təhsil müəssisələrinə və Yerusəlimin “Bloomfield” Elm Muzeyinə səfər etmişlər. Təlimlər uğurla başa çatmış və iştirakçılar müasir təhsil konsepsiyaları ilə bağlı yeni biliklər əldə etmişlər.