Tələbələr “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda maarifləndirilib
Gəncə Dövlət Universitetində “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. GDU-nun rektorunun baş müşaviri, dosent Asif Cavadov iştirakçıları salamlayaraq qeyd edib ki, bu kimi maarifləndirici tədbirlərlə tələbələrin əmək bazarı haqqında məlumatlılığı artırılır, onların gələcək karyeralarında rast gələ biləcəkləri aktual problemlərlə bağlı bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Təhlil və strateji planlaşdırma departamentinin Təhlil şöbəsinin müdiri Mirsahib Eminov çıxış edərək qeyri-formal məşğulluğun yaranma səbəbləri, yaratdığı sosial-iqtisadi fəsadlar və bu halların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Bu tədbiri keçirməkdə əsas məqsəd isə qeyri-formal məşğulluğun cəmiyyətə, xüsusilə də işçi hüquqlarına və sosial təminat sisteminə təsirlərini müzakirə etmək, bu sahədə mövcud problemləri və onların həlli yollarını araşdırmaqdır.
Tədbirdə həmçinin iştirakçılarla interaktiv müzakirələr aparılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti