“ÜZEYİR HACIBƏYLİ VƏ OPERA” MÖVZUSUNDA USTAD DƏRSİ

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin məzunu, bir çox xarici ölkələrdə ixtisaslaşma keçmiş, tanınmış Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist, müasir musiqiyə həsr olunmuş konsertlərin və zəngin məzmunlu layihələrin müəllifi və rəhbəri Elmir Mirzəyev tərəfindən Gəncə Dövlət Universitetində ustad dərsi keçiriləcək.

Ustad dərsinin 19 may 2025-ci il tarixdə saat 12:00-da “Musiqi fənləri” kafedrasında “online” formatda keçirilməsi nəzərdə tutulmuşdur.