“XARİCİ DİLİ ÖYRƏNMƏDƏ UĞURUN AÇARI: DÜZGÜN YANAŞMA VƏ DAVAMLILIQ” ADLI TƏLİM
01 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin akademik heyəti üçün 4 moduldan ibarət olan “Xarici dili öyrənmədə uğurun açarı: düzgün yanaşma və davamlılıq” adlı təlimin ilk mərhələsi keçirilib.
V tədris binasının kitabxana zalında baş tutan ilk təlim Praktik xarici dillər kafedrasının müəllimi Aysel Nuriyeva tərəfindən “İngilis dilini aktiv istifadəyə tətbiq etmə: praktiki yanaşmalar’’ adlı mövzu əsasında keçirildi.
Təlimin məqsədi iştirakçıları funksional və gündəlik dil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş strategiyalarla və öyrənməni daha effektiv edən metodlar və yanaşmalarla tanış etmək, xarici dil öyrənərkən edilən səhvlər haqqında məlumat vermək və praktiki fəaliyyətlərlə dil öyrənmənin real həyata tətbiqini təcrübədən keçirməyi öyrətməkdir.
Təlim mühazirələr, interaktiv diskussiyalar, real situasiya simulyasiyaları, praktiki tapşırıqlar və oyunlar üsulunda təşkil olunub.
Qeyd edək ki, modula “Gündəlik ingilis dili və “survival” (yaşamaq üçün lazım olan dil) dili”, “Hədəf dildə düşünmə texnikası”, “Əlavə stimullar-məşğuledici oyunlar və mahnılardan istifadə” və “Vizual irəliləyiş cədvəlləri” mövzuları aiddir.
Təlimin sonrakı modulları may ayı ərzində davamlı şəkildə təşkil olunacaq.