QİYABİ ŞÖBƏ

Qiyabi şöbənin müdiri: Nağıyev Elsevər Niyazi oğlu.

25 may 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1992-2003-cü illərdə Gəncə şəhəri M.Ə.Rəsulzadə adına 17 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. 

2012-2014-cü illərdə Türkiyə Respublikasının Elazığ şəhərində yerləşən Fırat Universitetinin “Sosyal Bilimler Enstitüsü”, “Türkiye Cumhuruyeti Tarihi” ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır.

2023-2024-cü tədris ilində Türkiyə Respublikasının Sakarya Universitetinin “Sosyal Bilimler Enistitüsü, Tarih üzere Doktora Programı”na qəbul olmuşdur.

2011-ci ildə  Gəncə Dövlət Universitetinin Tədris-metodik şöbəsində (indiki Tədris Departamenti) dispetçer vəzifəsində əmək fəaliyyətinə başlamış, 2014-2022-ci illərdə rektorun köməkçisi, 2022-2023-cü illərdə rektorun müşaviri vəzifəsində çalışmışdır.

7 noyabr 2023-cü il tarixdən Qiyabi şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, üç övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.


Hüseynova Gültəkin Rəşiq qızı – Qiyabi şöbənin metodisti

    1965-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olub.

    2000-2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının İbtidai sinif müəllimliyi ixtisasında təhsil almışdır.

    2005-ci ildən Gəncə Dövlət Universitetinin Tədris Elektron şöbəsində (indiki Tədris Deportamenti) böyük inspektor vəzifəsində əmək fəaliyyətinə başlayıb.

    2022-ci il may ayının 4-dən Gəncə Dövlət Universitetinin qiyabi şöbəsində metodist vəzifəsində çalışır.

Xəlilova Nailə Yaqub qızı – Qiyabi şöbənin tyutoru

    1976-cı il sentyabrın 25-də  Gəncə şəhərində anadan olub.

    1996-2001-ci illərdə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasında təhsil almışdır.

    1996-ci ildə Gəncə Dövlət Universitetin Ümumi şöbədə əmək fəaliyyətinə başlayıb. 2006-cı ildə Tədris Elektron şöbəsinə (indiki Tədris Deportamenti)  böyük inspektor vəzifəsinə köçürülüb.

     2002-2006-cı illərdə Gəncə Dövlət Universitetinin magistratura şöbəsində Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasında təhsil almışdır.

     2022-ci il may ayının 4-dən Qiyabi şöbədə tyutor vəzifəsində çalışır.   

Həsənova Şölə Qənimət qızı – Qiyabi şöbənin operatoru

     1991-ci il fevralın 14-də Bakı şəhərində anadan olub.

     2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktə etmə ixtisasında təhsil almışdır.

     2018-ci ildən Gəncə Dövlət Universitetində Qiyabi şöbənin operatoru vəzifəsində çalışır.


Ünvan: Gəncə ş.Cavad bəy Rəfibəyli, 57

Telefon: 0503186558

email: bagirova.sole@mail.ru


Şöbəyə aid ixtisaslar:

  1. İqtisadiyyat
  2. Bədən tərbiyəsi və idman
  3. Məşqçilik
  4. Filologiya
  5. Tarix
  6. Sosial iş
  7. Turizm işinin təşkili
  8. Turizm və otelçilik
  9. Biznesin idarə edilməsi
  10. Menecment
  11. Mühasibat uçotu və audit
  12. Marketinq
  13. Turizm bələdçisi