QİYABİ ŞÖBƏ
Şöbə haqqında

Qiyabi şöbənin müdiri: Nağıyev Elsevər Niyazi oğlu.
25 may 1985-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
1992-2003-cü illərdə Gəncə şəhəri M.Ə.Rəsulzadə adına 17 nömrəli tam orta məktəbdə, 2003-2007-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. 2007-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.
2012-2014-cü illərdə Türkiyə Respublikasının Elazığ şəhərində yerləşən Fırat Universitetinin “Sosyal Bilimler Enstitüsü”, “Türkiye Cumhuruyeti Tarihi” ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır.
2023-2024-cü tədris ilində Türkiyə Respublikasının Sakarya Universitetinin “Sosyal Bilimler Enistitüsü, Tarih üzere Doktora Programı”na qəbul olmuşdur.
2011-ci ildə Gəncə Dövlət Universitetinin Tədris-metodik şöbəsində (indiki Tədris Departamenti) dispetçer vəzifəsində əmək fəaliyyətinə başlamış, 2014-2022-ci illərdə rektorun köməkçisi, 2022-2023-cü illərdə rektorun müşaviri vəzifəsində çalışmışdır.
7 noyabr 2023-cü il tarixdən Qiyabi şöbənin müdiri vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, üç övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hüseynova Gültəkin Rəşiq qızı – Qiyabi şöbənin metodisti
1965-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olub.
2000-2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının İbtidai sinif müəllimliyi ixtisasında təhsil almışdır.
2005-ci ildən Gəncə Dövlət Universitetinin Tədris Elektron şöbəsində (indiki Tədris Deportamenti) böyük inspektor vəzifəsində əmək fəaliyyətinə başlayıb.
2022-ci il may ayının 4-dən Gəncə Dövlət Universitetinin qiyabi şöbəsində metodist vəzifəsində çalışır.
Xəlilova Nailə Yaqub qızı – Qiyabi şöbənin tyutoru
1976-cı il sentyabrın 25-də Gəncə şəhərində anadan olub.
1996-2001-ci illərdə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasında təhsil almışdır.
1996-ci ildə Gəncə Dövlət Universitetin Ümumi şöbədə əmək fəaliyyətinə başlayıb. 2006-cı ildə Tədris Elektron şöbəsinə (indiki Tədris Deportamenti) böyük inspektor vəzifəsinə köçürülüb.
2002-2006-cı illərdə Gəncə Dövlət Universitetinin magistratura şöbəsində Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasında təhsil almışdır.
2022-ci il may ayının 4-dən Qiyabi şöbədə tyutor vəzifəsində çalışır.
Həsənova Şölə Qənimət qızı – Qiyabi şöbənin operatoru
1991-ci il fevralın 14-də Bakı şəhərində anadan olub.
2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktə etmə ixtisasında təhsil almışdır.
2018-ci ildən Gəncə Dövlət Universitetində Qiyabi şöbənin operatoru vəzifəsində çalışır.
Ünvan: Gəncə ş.Cavad bəy Rəfibəyli, 57
Telefon: 0503186558
email: bagirova.sole@mail.ru
Şöbəyə aid ixtisaslar:
- İqtisadiyyat
- Bədən tərbiyəsi və idman
- Məşqçilik
- Filologiya
- Tarix
- Sosial iş
- Turizm işinin təşkili
- Turizm və otelçilik
- Biznesin idarə edilməsi
- Menecment
- Mühasibat uçotu və audit
- Marketinq
- Turizm bələdçisi
Gəncə Dövlət Universitetində şəhid Elməddin Mürsəlzadənin xatirəsinə guşə yaradılıb
Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində şəhid Elməddin Mürsəlzadəyə həsr olunmuş xatirə gecəsi keçirilib. Əvvəlcə şəhid Elməddin Mürsəlzadənin adını daşıyan auditoriyada yeni yaradılmış xatirə guşəsinin önünə gül dəstələri qoyulub. Şəhidin ailə üzvlərinin də iştirak etdiyi xatirə gecəsində tədbir iştirakçıları guşə ilə yaxından tanış olub, onun əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə […]
20 oktyabr Zəngilan Şəhəri Günüdür
44 günlük Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. 1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər […]
17 oktyabr Füzuli Şəhəri Günüdür
2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli […]
Qiyabi şöbənin I kurs tələbələri üçün Bolonya prosesi və kredit sistemi ilə bağlı maarifləndirici təlim keçirilib
07 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetində Qiyabi şöbənin I kurs tələbələri üçün Bolonya prosesi və kredit sistemi ilə bağlı maarifləndirici təlim keçirilib. Təlim Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov və I kurs tələbələrinin tyutoru Səidə Xanlı tərəfindən aparılıb. Tədbirdə Qiyabi şöbənin müdiri Elsevər Nağıyev, şöbənin tyutorları və I kurs tələbələri iştirak ediblər. Təlim zamanı […]
